Batumidə dəhşətli yanğın - 11 nəfər ölüb


13:12     25 Noyabr 2017 fire-batumi.jpg

Batumidə hoteldə baş vermiş yanğın nəticəsində 21 nəfər xəsarət alıb və onlar xəstəxanalara yerləşdirilib.


Bu barədə Gürcüstan Səhiyyə Nazirliyi məlumat yayıb. Xəsarət alan şəxslərin həyati təhlükəsinin olmadığı bildirilir.

Baş vermiş faciə ilə bağlı Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, parlamentin spikeri İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze başsağlığı veriblər.

Yanğın baş vermiş “Leogrand” hotelinin türkiyəli iş adamı Erol Avgörenə məxsus olduğu bildirilir.

Azərbaycanın Batumidəki Baş konsulu Rəşad İsmayılov bildirib ki, ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı və ya bu şəhərdə yaşayan soydaşımız yoxdur

Femida.az

Açar sözlər:

Oxunub: 803