“Barlarda narkotika satılır” – İDDİA


18:23     09 Sentyabr 2015 IMG_34A501-610064-30C61C-FD2FCF-ECA0F2-2CA762.jpg



Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi mətbuata Azərbaycanda gənclər arasında narkotik tərkibli maddə "ekstazi” istifadə olunması və bu maddənin ölkəyə qeyri-qanuni yolla gətirilərək disko-klublarda, barlarda satışı həyata keçirilməsi barədə məlumat yayıb. Açıqlamada həmçinin, ekstazinin narkotik tərkibli psixoaktiv stimulyator olması və adətən qanunsuz laboratoriyalarda hazırlanması, istifadəsi və forması barədə də məlumat qeyd olunub. Bu açıqlama cəmiyyətdə heç də birmənalı qarşılanmayıb.

Femida.az məsələ ilə bağlı BMT İnkişaf Proqramının Bakı ofisinin Proqramlar rəhbəri Məzahir Əfəndiyevlə əlaqə saxlayıb.

QHT rəsmisi buna belə münasibət bildirib:”Biz öz mövqeyimizi bildirmişik. Orada həmin maddələrin açıq-aşkar satılması yox, istifadə edilməsini demişik. Bizim vəzifəmiz təbliğatdır. Millətimizin sağlamlığı üçün cəmiyyəti maarifləndiririk.”


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 3257


Oxşar xəbərlər