Avtomobilin daha az benzin yandırması üçün nə etməli?- VİDEO


02:05     15 Yanvar 2018 18_01_14_1515953321.jpg

Əksər sürücü qış aylarında avtomobilin yanacaq sərfiyyatının artmasından şikayətlənir. Mütəxəssislər bildirir ki, bəzi tövsiyyələrə əməl edilərsə, yanacaq sərfiyyatına hətta 40 % -ə qədər qənaət etmək mümkündür.


Qış aylarında avtomobildə yanacaq sərfiyyatının artımı normal sayılsada buna qənaət etməyin yolları var. Mütəxəssislərin fikrincə sürücülər bəzi nüanslara diqqət etsələr daha az xərcləri çıxar.

Avtomobildə olan əlavə ağırlıq və sərnişin sayının çoxluğu da yanacağ sərfiyatını artırır. Avtomobillərə vaxtında texniki qulluğun edilməsi də yanacağa 5-6 faizə qədər qənaət etməyə imkan verir.

Avtomobilin elektrik sistemində yaranan nasazlıq, eyni zamanda işıqları işlək halda avtomobili idarə etmək də yanacaq sərfiyyatını artıran amillərdir.

Femida.az Xəzər TV-yə istinadən videonu təqdim edir:





Femida.az


Açar sözlər: Benzin   Femida.az    

Oxunub: 2130