Əlillərlə bağlı TƏKLİF
19:49 25 Yanvar 2018
Azərbaycanda əlillərin Qeyri-Hökumət Təşkilatlarında (QHT) fəaliyyətinə məhdudiyyət qoyulmaması təklif edilir.
Femida.az xəbər verir ki, bu, yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında”qanun layihəsində əksini tapıb.
Qanunun 33-cü (siyasi və ictimai həyatda iştirak) maddəsinin 3-cü bəndinə əsasən, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, həmkarlar ittifaqlarının nizamnamələri həmin təşkilatların fəaliyyətində əlilliyi olan şəxslərin iştirakını məhdudlaşdırmamalıdır.
Qanun layihəsi parlamentin Milli Məclisin Sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Qeyd edək ki, bu məsələ hazırda tətbiq olunan qanunun 15 (Siyasi və ictimai həyatda müyəssərlik) maddəsi ilə tənzimlənir. Maddənin 4-cü bəndinə əsasən, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, həmkarlar ittifaqlarının nizamnamələri həmin qurumların fəaliyyətində əlillərin sərbəst iştirakına təminat verməlidir. Burada məhdudiyyətin qoyulmaması məsələsi əksini tapmayıb. Yeni hazırlanan qanun layihəsi isə bunu tənzimləyir.
Femida.az
Oxunub: 713
Oxşar xəbərlər
- Əlillərə pulsuz dərman verən tibb müəssisələrinin siyahısı təsdiqlənib
- 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərinə birdəfəlik maddi yardım ödənilib
- Bu il şəhid ailələri və müharibə əlillərinə 500-dək fərdi ev veriləcək
- Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilmə qaydası hazırlanıb
- Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı komissiya yaradılıb - SİYAHI
- Gözdən əlillərin mənzillərini satmaqda ittiham olunan şəxsin cinayət işi icraata verilib
- Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verilib
- Baş nazir əlillərlə bağlı yeni qaydaları təsdiqləyib
- Şəhid ailələri və müharibə əlillərinə 50 ev verilib
- Naxçıvanda müharibə əlillərinə ev tikiləcək