Aİ: Metsamor AES bağlanmalıdır


18:51     30 Yanvar 2018 18_01_30_1517309523.jpg


Avropa Xarici Əlaqələr Xidmətinin Şərq tərəfdaşlığı departamentinin sədr müavini Dirk Lorents Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanmalı olduğunu deyib.

Femida.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

D.Lorents qeyd edib ki, AES-in keyfiyyətini standartlara uyğun yüksəltmək mümkün deyil: “Biz hesab edirik ki, AES-in işini beynəlxalq təhlükəsizlik tələblərinə tam uyğunlaşdıracaq qədər yaxşılaşdırmaq mümkün olmadığı üçün stansiyanı mümkün qədər tez bağlamaq lazımdır”.

Qeyd edək ki, bir müddət əvvəl Aropa İttifaqı Metsamor AES-in bağlanması üçün Ermənistana 200 milyon avro ayırmağı vəd etmişdi.

Femida.az

Açar sözlər: #metsamor   #Avropa   #Ermənistan  

Oxunub: 633