Texniki Universitetin tələbəsi yol qəzasında öldü


20:26     09 Fevral 2018 18_02_09_1518179266.jpg

Astara rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi haqda məlumat vermişdik.

Hadisə zamanı ölən Rüstəmov Sahil Sədaqət oğlu Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alırmış.

Femida.az xəbər verir ki, S.Rüstəmov AzTU-nun birinci kurs tələbəsi olub.

AzTU-nun mətbuat xidmətinin rəhbəri Nicat abdullayev saytımıza faktı təsdiqləyib:

"Bəli, Rüstəmov Sahil Sədaqət oğlu universitetin "Radiotexnika və rabitə" fakültəsinin 317 a4 qrupunda, "Elektronika, telekomnikasiya və radiotexnika" mühəndisliyi ixtisası üzrə təhsil alırdı. İmtahan sesiyası bitdiyi və tətil olduğu üçün Rüstəmov Sahil doğulduğu rayona gedib və çox təəssüf ki, orada bədbəxt hadisə ilə üzləşib. Universitet rəhbərliyi, həmçinin Sahilin təhsil aldığı fakültə rəhbərliyi onun vəfatından kəndərlənir, ailəsinə və yaxınlarına dərin hüzünlə baş sağlığı verir".

Femida.az

Açar sözlər: #Texniki   #Universitet   #tələbə   #ölüm   #NicatAbdullayev  

Oxunub: 1325