Azərbaycan Hərbi Hava Qüvvələrinin gecə təlimləri keçirilib
17:40 04 Aprel 2015
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən Hərbi Hava Qüvvələrinin gecə və məhdud görmə şəraitində təlim uçuşları keçirilib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, təlimlərdə iştirak edən Su-25 və MiQ-29 tipli təyyarələr havaya qalxma və yerə enmə, şərti hava və yer hədəflərinin məhv edilməsi, kiçik və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər.
Gecə təlimlərində pilotlar silahların tətbiqinin əsas üsulları üzrə atışları yerinə yetiriblər.
Təlimlərdə qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.
Femida.az
Oxunub: 738
Oxşar xəbərlər
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- Azərbaycanda 5541 əcnəbi tələbə təhsil alır
- Azərbaycanda rekord əməliyyat - 134 milyonluq
- Azərbaycandan Türkiyəyə gedən avtobus kül oldu
- Azərbaycan dili dünyanın çətin dillərindən biri seçildi
- Azərbaycan domenində saytların sayı artıb
- Azərbaycana nə qədər turist gəlib? - SON STATİSTİKA
- Azərbaycanda zəlzələ oldu
- Azərbaycanlı gənclərdən İrana dəstək aksiyası - Tbilisidə
- Azərbaycan əhalisinin əsas gəlir mənbəyi - Rəsmi Statistika