Bakıətrafı qəsəbələrin adsız küçələri - VİDEO


23:20     10 Fevral 2018 2018/02/5a7f08e3f1a05_qes_1518276352.png

Bakıətrafı qəsəbələrin bir çoxunda elə yerlər var ki, bir neçə ildi yaşayış olsa da, küçələrə ad verilməyib. Nəticədə bu ərazilərdə olan evlərin ünvanı yoxdur. Əməkdaşlarımız küçələrə ad verilməsinin necə həyata keçirildiyini araşdırıb.


Məsələn, Sabunçu rayonunda, Zabrat dairəsinin yaxınlığındakı yaşayış massivində ünvan yoxdur. Maştağa qəsəbəsinin inzibati ərazisindəki bu yerdə yüzlərlə ev olmasına baxmayaraq küçələr adsızdır.

Bu fakt isə ünvansız küçələr məsələsini gündəmə gətirir.

Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə icra nümayəndəsinin müavini Fərrux Cavadov deyir ki, küçələrə ad verilməsi ilə bağlı təklif onlar tərəfindən edilsə də, Bakı Şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bunu təsdiq etməlidir.

Artıq Maştağa qəsəbəsi üzrə 325 küçə ilə bağlı təklif göndərilib. Amma sözügedən ərazi 1963 - cü ildən Abşeron rayonuna icarəyə verildiyindən həmin küçələrlə bağlı təklif qəbul edilməyib.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sözçüsü Qulu Xəlilovun ''Xəzər Xəbər'' ə verdiyi məlumata görə həmin küçə adlarını Bakı Şəhər İcra Hakimiyyəti təsdiqlədikdən sonra Komitəyə təqdim edilir. Daha sonra həmin ünvan mərkəzi bazaya əlavə olunur.



Femida.az

Açar sözlər: #Bakı   #qəsəbə   #küçə  

Oxunub: 1171