2500-ə yaxın azərbaycanlı Türkiyədə iş icazəsi aldı


21:35     16 Fevral 2018 1417767927_30_istanbul.jpg

Türkiyə Əmək və Sosial Təhlükəsizlik Nazirliyi bu ölkədə işləməsinə icazə verilən xarici vətəndaşların sayını açıqlayıb.

Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə işləməsinə icazə verilən azərbaycanlıların sayı 2449 nəfər təşkil edib.

Nazirliyin açıqlamasına görə, 20 min 970 nəfərlə bu ölkədə işləmək icazəsi alanlar arasında suriyalılar liderdir.

Qeyd edək ki, ötən il Türkiyədə 87 min xarici vətəndaşın işləməsinə və yaşamasına icazə verilib.

Femida.az

Açar sözlər: #Türkiyə   #iş   #icazə  

Oxunub: 1240