Bəşər Əsəd qubernatorları dəyişdi


02:35     23 Fevral 2018 1402301661_beser3.jpg

Suriya prezidenti Bəşər Əsəd bu gün Deyr əz-Zor və Qunaytra vilayətlərinə yeni qubernatorlar təyin edib.



Bəşər Əsədin təsdiqlədiyi 2018/72 saylı qərarnamə ilə 2016-cı ildə Deyr əz-Zor qubernatoru təyin edilən Məhəmməd İbrahim Səmra vəzifəsindən azad olunub və onun yerinə Əbdülməcid Kavakçı gətirilib.

2018/72 saylı qərarnamə ilə Qunaytra vilayətinin qubernatoru Şeyx Əbdülqadir vəzifəsindən çıxarılıb və yerinə Hümam Sadiq Debyan təyin olunub.

Qərarı Suriyanın rəsmi xəbər agentliyi olan SANA yayıb.

Femida.az

Açar sözlər: #Suriya   #prezident   #BəşərƏsəd  

Oxunub: 1017