Əlillərə pulsuz hüquqi yardım göstərilib


16:29     23 Fevral 2018 2018/02/1-1-5_1519374661.jpg

Azərbaycanda əlilliyi olan şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı layihə həyata keçirilib.


ABŞ-ın Azərbaycandakı səfirliyindən Femida.az-a verilən məlumata görə, səfirlik GÜLSAM Əlillərin Reabilitasiyası İctimai Birliyinə "İnsan haqqları üçün hüquqi yardım və təhsil" adlı layihənin icrası üşün dəstək göstərib.

Layihə 6 ay ərzində Ağsu, Cəlilabad, Salyan və Bakıda keçirilib. Layihənin məqsədi hər bir regionda 15-20 nəfərə çataraq onları əmək qanunvericiliyi, əlilliyi olan şəxslərlə bağlı qanunlar, təhsil hüquqları və s. haqqında hüquqi yardım və biliklə təmin etmək olub.

2017-ci ilin mayında başlayan layihə çərçivəsində tam təlim kursu və fərdi məsləhətləşmə sessiyalarında öz hüquqlarını öyrənmiş 200 nəfər iştirak edib.

Femida.az

Açar sözlər: #ABŞ   #Əlil   #Hüquqi  

Oxunub: 1341