Nişanlı oğlan özünü asıb - Göyçayda


17:49     03 Mart 2018 intihar5.jpg

Bu gün Göyçay rayonunda intihar hadisəsi baş verib.



Femida.az -ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Veysəlli kəndində qeydə alınıb. Kənd sakini, 1995-ci il təvəllüdlü Mikayılov Mikayıl Rafael oğlu yaşadığı evin həyətindəki yarımçıq tikilidən özünü kəndirlə asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, M. Mikayılov 6 ay öncə ailə quracağı qızla nişanlanıb və yaxın vaxtlarda keçiriləcək toya hazırlaşırdı.


Femida.az

Açar sözlər: #İntihar   #Göyçay   Polis  

Oxunub: 1026