Mirşahin Ağayevin qardaşının məhkəməsi başlayıb
18:27 08 Mart 2018
Bakı Apellyasiya Məhkəməsində fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayevin dələduzluqda təqsirləndirilən qardaşı Mirəddin Ağayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Femida.azv-ın xəbərinə görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəiqiqləşdirilib.
Məhkəmənin növbəti iclası martın 16-na təyin edilib.
Qeyd edək ki, Mirəddin Ağayev dələduzluqda ittiham edilir. O, Bakı şəhər sakini Qəzənfər Davud oğlu Qəzənfərovun Səbail Rayon Polis İdarəsinə şikayəti əsasında istintaqa cəlb olunub. Vətəndaş Mirəddin Ağayevin dələduzluq yolu ilə onun 2000 manatını mənimsədiyini bildirib. İttihama görə, M.Ağayev 4 vətəndaşa qarşı, ümumilikdə, 86 min manat məbləğində dələduzluq edib.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan onun vəkilləri M.Ağayev barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab edilməsini istəyiblər.
Xatırladaq ki, ixtisasca həkim olan Mirəddin Ağayev Mirşahin Ağayevin böyük qardaşıdır.
Oxunub: 907
Oxşar xəbərlər
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Tərtərdə bacısını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Tanışını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Bakıda dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib
- Məhkəmə hakimlərinə məzuniyyətə çıxarkən verilən pul vəsaiti azaldılıb
- Konstitusiya Məhkəməsi sədrinin maaşı 1075 manat artırılıb
- Azərbaycanda məhkəmə hakimlərinin maaşı artırılıb
- Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Mixeil Saakaşvilinin məhkəməsi yenidən təxirə salınıb
- Bakıda 9 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib