Mirşahinin televiziyası bu tarixdən yayıma başlayacaq


23:35     09 Mart 2018 tvler9.jpg

“Real” TV-nin peyk yayımına başlayacağı tarix məlum olub.




Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov Femida.az-a bildirib ki, “Real” TV-nin martın 12-dən sonra “Azərspace-1” peykində yayıma başlaması nəzərdə tutulub.

Qeyd edək ki, martın 5-də MTRŞ-da “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

“Real" TV-nin baş direktoru Mirşahin Ağayevdir.

Femida.az

Açar sözlər: #MirŞahin   #RealTv   #MRTŞ  

Oxunub: 3002