Nobel prospektində tıxacla bağlı AÇIQLAMA
16:54 19 Mart 2018
Bakının Nobel prospektində tıxacın aradan qaldırılması üçün avtomobillərin hərəkətində dəyişiklik edilib.
Femida.az xəbər verir ki, bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Qurum rəsmisi bildirib ki, artıq həmin ərazidə bununla bağlı tədbirlərə start verilib və yolda yoxlanış aparılır: "Nobel prospektindən Ukrayna dairəsinə getmək üçün yardımçı yoldan sola dönüş var idi. Bu da sürücülərin yolu gözləməməsindən tıxaclara səbəb olurdu. Bunun qarşısını almaq üçün həmin ərazidən geriyə dönmə ləğv edilib və qarşıdakı yoldan dönməyə şərait yaradılıb. Əvvəlki yerdən isə geridönmə ləğv edilib".
A.Nəcəfli bildirib ki, bu proses yoxlama məqsədilə həyata keçirilir: "Əraziyə plastik maneələr də düzülüb. Əgər bu proses müsbət nəticə versə, həmişəlik bu cür olacaq. Əgər müsbət nəticə verməsə, digər tədbirlər görüləcək".
Femida.az
Oxunub: 1073
Oxşar xəbərlər
- İlham Əliyev Nobel mükafatı laureatını təltif edib
- Nobel prospekti bundan sonra “8 Noyabr” adlandırılacaq
- Nobel mükafatı Qorbaçovdan geri alınsın - Hikmət Hacıyevdən TƏKLİF
- İqtisadiyyat üzrə Nobel mükafatı bu şəxslərə verildi
- Ədəbiyyat üzrə Nobel mükafatı verildi - KİMƏ?
- Kimya üzrə Nobel mükafatının qalibləri açıqlandı
- Fizika üzrə Nobel mükafatının qalibləri açıqlandı
- Nobel mükafatı və Azərbaycan
- Rusiyanın yeganə Nobel laureatı vəfat etdi
- Nobel prospekti gələn il yenidən qurulacaq