Erkən ölümün qarşısını almağın yolu tapıldı
16:30 21 Mart 2018
Şərqi Finlandiya Universitetinin alimləri sübut ediblər ki, tərkibində yüksək miqdarda omeqa-6 doymamış yağ turşuları olan qidalar ürək-damar xəstəlikləri və vaxtından əvvəl ölüm riskini azaldır.
Bu barədə Femida.az “EurekAlert”ə istinadən xəbər verir.
Tədqiqatçılar 42-60 yaş həddində olan 2480 kişinin qanında yağ turşularının səviyyəsini müəyyən edib. 22 il ərzində aparılan müşahidələr zamanı xəstəlikdən 1143 insan dünyasını dəyişib.
Nəticədə alimlər belə qənaətə gəliblər ki, tədqiqat zamanı orqanizmlərində linoleik turşusunun səviyyəsi yüksək olan insanlarda digərlərindən fərqli olaraq vaxtından əvvəl ölüm riski 43% aşağıdır.
Bununla yanaşı ürək-damar xəstəlikləri, eyni zamanda sağlamlıq və həyat üçün təhlükə yaradan, xərçəngdən savayı, digər xəstəliklərin yaranma riski minimuma enir.
Müəyyən edilib ki, Araxidon turşusu oxşar təsir göstərsə də, nəticə zəif olur. Linoleik və digər omeqa 6 doymamış yağ turşularının səviyyəsi insanın qida rasionu ilə müəyyən edilir. Xüsusilə linoleik turşularının zəngin mənbəyi qoz, bitki yağı və kətan toxumlarıdır.
Doymamış yağ turşularının insan orqanizminə faydalı təsirinə baxmayaraq, əvvəllər bir sıra xroniki xəstəliklərin səbəbi məhz omeqa 6 hesab edilirdi. Bu onunla izah edilirdi ki, linoleik turşusu insan orqanizmində araxidon turşusuna çevrilir, bu da öz növbəsində gələcəkdə iltihabi proseslərin yaranması ilə nəticələnir.
Oxunub: 906
Oxşar xəbərlər
- Erkən nikahların qarşısı necə alınmalı?
- Hacıqabulda məktəblilər “Erkən nikahın fəsadları” mövzusunda maarifləndirilib
- Ermənistan Konstitusiya Məhkəməsi erkən buraxıla bilər
- Azərbaycanda erkən nikaha girən qızların sayı kəskin azalıb
- Erkən nikahlar ən çox bu bölgədə qeydə alınır
- Selektiv abortlar və erkən nigahlar: Qız uşaqlarının həyatını məhv edən ailə ənənələri
- Qızardılmış toyuq və balıq - Erkən ölüm səbəbi
- Türkiyə də erkən seçki qərarı aldı
- Azərbaycanda erkən nikahlarla bağlı İLLİK TƏHLİL
- Kataloniyada erkən seçkilər keçiriləcək