64 insanın içində yandığı obyektin sahibi kimdir? - ARAYIŞ


18:54     27 Mart 2018 18_03_27_1522148129.jpg


Rusiyanın Kemerovo şəhərində yerləşən "Qış albalısı” ticarət mərkəzinin sahibiylə bağlı bəzi bilgilər əldə edib.

Femida.az lent.az-a istinadən xəbər verir ki, Kemerevoda yaşayan azərbaycanlı iş adamlarından birinin agentliyə verdiyi məlumata görə, faciə baş verən "Qış albalısı” ticarət mərkəzinin sahibi Denis Ştengelov adlı biznesmendir:

"Denisi yaxşı tanıyırdıq. O da biznesə 90-cı illərdə gəlib. Yerli bazarda topdan günəbaxan tumu satışıyla məşğul idi. Bundan sonra özünə şirkət təsis etdi. Tədricən günəbaxan tumlarını qızardılmış və paketlənmiş biznesinə girişdi. Burada böyük uğur qazana bildi. Bir neçə il ərzində isə vafli, şokolad, karamel istehsalıyla məşğul olmağa başladı. Həmin ərəfədə Kemerevo, Novokuznetsk, Prokopyevsk, Novosibirsk, Tomsk kimi şəhərlərin əksər ərzaq mağazalarında ancaq Ştengelovun məhsulları satılırdı. Təxminən "Roşen”in Ukraynadakı tutduğu mövqeni Ştengelovun şirkəti Qərbi Sibirdə tutmuşdu. Heç bir Moskva şirkəti regiona şirniyyat məhsulları göndərə bilmirdi”.

Mənbənin dediyinə görə, Ştengelov bir neçə il əvvəl əksər biznesinin Rusiyadan çıxarmışdı, Avstraliyada yaşayırdı:

"Qış albalısı" onun Kemerevodakı azsaylı obyektlərindən biriydi. Dünən yerli televiziya xəbər yaydı ki, Ştengelov həlak olanların hər birinin ailəsinə 3 milyon rubl (təxminən 52 min dollar) kompensasiya ödəyəcək . Bundan başqa o, Rusiyaya qayıdıb istintaqın suallarına cavab verməyə də hazırdı”.

Qeyd edək ki, yanan ticarət mərkəzində 64 nəfər ölüb.

Femida.az

Açar sözlər: #Rusiya   #yanğın   #hadisə  

Oxunub: 2442