Putinə Suriyadakı vəziyyət barədə məruzə edilir


15:06     14 Aprel 2018 18_04_14_1523689719.jpg

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya prezidenti Vladimir Putinə Suriyadakı vəziyyət barədə məruzə edir.


Femida.az-ın xəbərinə görə. bu barədə “Rossiya-24” telekanalına hərbi dairələrdəki mənbə məlumat verib.

Qeyd edək ki, səhər saatlarında ABŞ, Böyük Britaniya və Fransa qoşunları Suriyaya zərbələr endiriblər.

Pentaqon rəhbəri Ceyms Mettisin sözlərinə görə, zərbə birdəfəlik olub, əlavə hücumlar hələ planlaşdırılmır, lakin istisna da edilmir.

Femida.az

Açar sözlər: #Putin   #Putin   #Suriya   #Britaniya  

Oxunub: 1270