Mitinqdə 1000 nəfərədək insan iştirak edib - Polis


21:57     14 Aprel 2018 2018/04/musavatin-mehsul-stadionunda-kechirdiyi-miting_1523712540.jpg

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın bu gün keçirdiyi mitinqlə bağlı açıqlama yayıb.


Femida.az-ın xəbərinə görə, açıqlamada deyilir:

“Aprelin 14-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1000 (min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”.

Femida.az

Açar sözlər: Mitinq   Polis  

Oxunub: 919