Tanışını bıçaqlayıb qaçdı - Zaqatalada cinayət


13:43     20 Aprel 2018 bicaq1.jpg

Zaqatalada 21 yaşlı oğlan həmkəndlisini bıçaqlayıb.


Femida.az-ın məlumatına görə, rayonun Qımır kənd sakinləri olan 1997-ci il təvəllüdlü Sabir Tərlan oğlu Gözəlov və 1987-ci il təvəllüdlü Fafiz Qurban oğlu Səmədov arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı Sabir Gözəlov əlində olan bıçaqla Fariz Səmədovun sol buduna xəsarət yetirərək hadisə yerindən qaçıb. Fariz Səmədova Zaqatala Mərkəzi Rayon Xəstəxanasında (MRX) lazımi tibbi yardım göstərilib, xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Bıçaqlanma   #Zaqatala   #Həmkəndli   #Polis  

Oxunub: 1444