Maşınlara qənim kəsilən dəstə tutuldu


16:10     20 Aprel 2018 ogrular-hebs4.jpg

Sumqayıtda avtomobillərdən silsilə oğurluqlar edən dəstə zərərsizləşdirilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 18-də şəhər ərazisindəki 8 avtomobildən pul, ətir və maqnitofon oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri - əvvəllər məhkum olunmuşlar Elxan İsayev, Ülvi Əliyev, həmçinin Xəyal Əlili, Taleh Ağayev və Kənan Burcalıyev saxlanılıblar.

Femida.az

Açar sözlər: #Abşeron   #Dəstə   #Maqnitofon   #DİN  

Oxunub: 1319