Ermənistanda tutulan etirazçıların sayı 166-ya çatdı - Yenilənib


20:35     20 Aprel 2018 2018/04/erm-3_1524215592.jpg

Son 13 saat ərzində Ermənistanın paytaxtı İrəvanada keçirilən nümayişlərdə həbs olunan aksiya iştirakçılarının sayı 166-ya çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

Bundan öncə isə 107 nəfərin tutulduğu bildirilmişdi. Saxlanılanlar arasında Ermənistan parlamentinin üzvü, “Çıxış” müxalifət blokunun sədri Nikol Paşinyanın oğlu Aşot Paşinyan da olub. Lakin o, sonradan azad edilib.

Qeyd edək ki, aprelin 13-dən başlayaraq İrəvanada Serj Sarkisyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyaları keçirilir.

***

13:11

Bu gün Ermənistanda hüquq-mühafizə orqanları etiraz aksiyalarında iştirak edən 83 nəfəri saxlayıb.

Femida.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Polisinin mətbuat xidmətinin rəhbəri Edqar Canoyan bildirib.

Etiraz aksiyalarının təşkilatçısı, parlamentin üzvü Nikol Paşinyan isə yolların yük maşınları ilə mühasirəyə alındığını açıqlayıb. O bildirib ki, plan baş tutarsa, “məxməri inqilab” bir neçə günə başa çatacaq.

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir olması ilə bağlı etiraz aksiyaları aprelin 13-dən başlayıb. Etirazlara baxmayaraq, aprelin 17-də Serj Sarkisyan parlamentdə keçirilən xüsusi iclasda bu posta təyin olunub.

Ölkə Konstitusiyasına edilən dəyişikliyə əsasən, Ermənistan parlament üsul idarəçiliyinə keçir və prezidentin səlahiyyətləri baş nazirə verilir.

Femida.az

Açar sözlər: #Aksiya   #Ermənistan   #İrəvan   #Sarkisyan  

Oxunub: 1643