Feysbukda tanış olduğu şəxslər telefonunu oğurladı - Bakıda film kimi olay


02:22     23 Aprel 2018 ogurluq11.jpg

Səbail rayonu ərazisində yerləşən çay evində oğurluq hadisəsi baş verib.

Femida.az xəbər verir ki,Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Seyidəliyev Vüsal sosial şəbəkələrdə tanış olduğu şəxslər tərəfindən qarət olunub.Hadisə bu gün günorta saatlarında "İçəri şəhər" çay evində baş verib.



( Vüsal Seyidəliyev)

Vüsal Seyidəliyevin saytımıza verdiyi məlumata görə,Əli İsgəndərli və Kamran Talıbov adlı şəxslərdə feysbukda tanış olub.Onlar birlikdə çay içmək üçün qeyd olunan ünvana gedib.Bu zaman Əli İsgəndərli ondan telefonunu danışmaq üçün verməyi xahiş edib.Bir neçə dəqiqədən sonra onun qayıtmadığını görən V.Seyidəliyev onun arxasınca çölə çıxdıqda artıq şəxsin ərazidən uzaqlaşdığını görüb.Daha sonra digər şəxs Kamran Talıbovun da oradan qaçdığını bilib.O, oğurluqda şübhəli bilinən şəxslərin fotolarını da saytımıza təqdim edib:



(Oğurluqda şübhəli bilinən şəxslər)

Vüsal Seyidəliyevin sözlərinə görə,oğurluq hadisəsi ilə bağlı artıq Səbail rayonu,9-cu polis bölməsinə ərizə ilə müraciət edib.

Mircəlal Məcidli
Femida.az




Açar sözlər: #Oğurluq   #Telefon   #Polis   #Məhkəmə   #Səbail  

Oxunub: 2370