Kollegiya iki vəkilin fəaliyyətinə qadağa qoydu


15:41     24 Aprel 2018 2018/04/e14df0ee0c4915f36a15ad5e9480aaf0_1524555793.jpg

Aprelin 23-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib.


Femida.az-ın verdiyi xəbərə görə, iclasda baş prokurorun birinci müavini Rüstəm Usubovun müraciətinə baxılıb. R.Usubov qeyd edib ki, AXCP sədrinin müavini Gözəl Bayramlının vəkili Əsabəli Mustafayev və jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimli mətbuata müsahibə verərkən müvəkkilərinin işini siyasiləşdirməklə, sübutların saxta olduğunu deməklə hüquq-mühafizə orqanlarının işinə kölgə salıblar.

Rəyasət Heyəti də Usubovun müraciətini təsdiqləyərək hər iki vəkilin 1illik müddətə fəaliyyət göstərməsinə qadağa qoyub. Vəkillər bununla razılaşmır və heç bir qanun pozuntusuna yol vermədiklərini və qərarla bağlı məhkəməyə müraciət edəcəklərini bildiriblər.

Femida.az

Açar sözlər: #Kollegiya   #Vəkil   #Siyasiləşdirmə  

Oxunub: 1873