Bağlanmış bu yol axşam açılacaq


20:12     29 Aprel 2018 2018/04/E6FD670D-E6A1-4D69-88F7-FDC446AE1986_1525003898.jpeg

Heydər Əliyev prospektinin metronun "Koroğlu" stansiyasının qarşısından Sabunçu körpüsü istiqamətində olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən Femida.az-a verilən məlumata görə, sürücülərdən qeyd edilən istiqamətdə hərəkət edərkən bu amili nəzərə almaları xahş olunur.

Yolda hərəkət axşam saatlarında bərpa ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1493