Binadan yıxılan fəhlənin boynu sındı - Bakıda bədbəxt hadisə


15:32     24 May 2018 fehle.jpg

Bakıda fəhlə iş zamanı yıxılaraq ağır xəsarət alıb.



Femida.az Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.

İmran Kərimov küçəsində bina tikintisi zamanı 41 yaşlı Əhmədov Yusif Habil oğlu 4-cü mərtəbədən yerə - beton örtüyünün üzərinə yıxılıb. O, boyun sümüyünün sınığı və bədənindəki digər sınıq xəsarətləri diaqnozu ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Y.Əhmədovun vəziyyəti ağır olaraq qalır. Fakt araşdırılır.

Femida.az

Açar sözlər: Fəhlə   Biləcəri   Binəqədi  

Oxunub: 2192