Metsamor AES təmirə bağlanır


13:55     01 İyun 2018 metsamor.jpg

Bu gündən Metsamor AES-in reaktoru və 3 saylı turboaqreqatı təmirə dayandırılır.


Femida.az-ın Ermənistan KİV-lərinə istinadən xəbərinə görə, bu barədə AES-in baş direktoru Movses Vardanyan deyib.

O, qeyd edib ki, avqustun 1-də 4 nömrəli, qismən modernləşdirilmiş turbo aqreqata malik enerji blokunun işə salınması nəzərdə tutulur. 3 nömrəli turbo aqreqatın istismara verilməsi bu ilin dekabrına qədər planlaşdırılır. Aparılan işlər nətcəsində enerji blokunun çıxış gücünün artması gözlənilir.

Qeyd edək ki, Metsamor AES-in reaktorlarının istismar müddəti çoxdan bitib. Buna baxmayaraq, Ermənistan hökumətinin proqramına AES-in istifadəsini 2026-ci ilə qədər davam etdirmək və yeni enerji bloklarının tikilməsini həyata keçirmək daxildir.

Femida.az

Açar sözlər: #Metsamor   #AES   #Təmir  

Oxunub: 850