Azərbaycanda meyitdən orqan götürmək mümkün olacaq


21:44     04 İyun 2018 meyit%20(2).jpg

Azərbaycanda beyin ölümü, ürək ölümü və ya bioloji olüm keçirmiş şəxslərdən orqan götürmək olacaq.



Femida.az Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” yeni anlayışlar daxil edilir.

Belə ki, qanun layihəsinin canlı və ölü donor anlayışı əlavə edilir.

- canlı donor - öz orqan və (və ya) toxumalarını xəstə şəxslərə köçürmək üçün könüllü olaraq verən fəaliyyət qabiliyyətli 18 yaşdan yuxarı sağlam şəxs;

ölü donor – beyin ölümü, ürək ölümü və ya bioloji olum meydana gəlmiş 1 yaşdan yuxarı şəxsdir.

Qanun layihəsi sabah Milli Məclisin Səhiyyə komitəsinin iclasında müzakirə ediləcək.

Açar sözlər: #Meyit   #Orqan   #Milli-Məclis  

Oxunub: 1548