700-dək təsərrüfatı su basıb - Balakəndə son durum
01:15 13 İyun 2018
Balakən rayonunun Katex kəndində “Dəli” çayda suyun səviyyəsinin qalxması nəticəsində 30-a yaxın evin içərisinə su dolub.
Bu barədə Balakən Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, dünən axşam saat 22:00 radələrində Balakən rayonunda yağan intensiv leysan yağış nəticəsində Katex kəndindən keçən “Dəli” çayda suyun səviyyəsinin qalxması nəticəsində 700-yaxın həyətyanı təsərrüfatı su basıb, 30-a yaxın kürsülü evlərin içərisinə su dolub.
“Kənddə təxminən 700-ə yaxın evlərin qaz təchizatı dayandırılıb, elektrik enerjisi verlişi qismən kəsilib. Eyni zamanda Püştətala kəndi ərazisində həyətyanı təsərrüfatları su basması müşahidə edilir. Əkin sahələrinə və yol təsərrüfatına ziyan dəyib. “Dəli” çayın üzərindən keçən piyadalar üçün hazırlanmış keçidləri sel yuyub aparıb”.
İcra Hakimiyyətindən bildirilib ki, hazırda texnikalar fəlakətin aradan qaldırılması üçün əraziyə cəlb olunub. Sakinlərə dəymiş zərərin hesablanması üçün rayon fövqladə hallar komisiyasının üzvüləri iş aparır./AzVision/
Femida.az
Oxunub: 2241
Oxşar xəbərlər
- Baş Prokurorluq: "FHN əməkdaşlarının intim videolarının yayılması ilə bağlı araşdırmalara başlanılıb"
- FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
- FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- FHN: Sel və daşqın təhlükəli ərazilərdən uzaq durun
- FHN-in səlahiyyətlərinə dəyişikliklə bağlı qanun layihəsi hazırlanır
- Sumqayıtda yanğının söndürülməsinə FHN-in mülki müdafiə qoşunları, helikopterlər cəlb edilib
- FHN Sumqayıtdakı yanğınla bağlı görüntülər yaydı - FOTOLAR+VİDEO
- FHN: "Maqsudlu su kanalının 80 faizi minalardan təmizlənib"
- FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- FHN Oğuzda baş verən meşə yanğını ilə bağlı məlumat yayıb