64 yaşlı qadını maşın vurub öldürdü


14:55     13 İyun 2018 astarada-piyadan-vurub-ldrdlr_146.jpeg

Xaçmazda piyadanı maşın vurub.


Femida.az-ın məlumatına görə, hadisə Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsində baş verib. 1972-ci il təvəllüdlü Ruslan Məmmədov idarə etdiyi “QAZel” markalı avtomaşınla piyada, 1954-cü il təvəllüdlü Sonaxanım Zülfüqarovanı vurub. Xəsarət alan qadın Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1271