Anomal istilər davam edəcək - Rəsmi XƏBƏRDARLIQ


18:24     02 İyul 2018 istii9.jpg

İyulun 3-4-də ölkə ərazisində anomal qızmar hava şəraiti davam edəcək.



Bu barədə Femida.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 40-43, Aran rayonlarında və Naxçıvan MR-da 40-44, bəzi yerlərdə 46, Qazax-Gəncə zonası, Böyük Qafqaz, Lənkəran-Astara rayonlarında 38-42, dağlıq rayonlarda isə 28-33 dərəcə isti təşkil edəcəyi gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1513