Erməni ordusunda növbəti həbslər - Polkovnik də var


00:41     03 İyul 2018 2015-06-02-14-41-58hebs-olundu-liderxeber-yeni-full-qandal-6408.jpg

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin komandiri külli miqdarda mənimsəmə faktında şübhəli bilinir.

Şübhəli bilinən polkovnik öz hərbi hissəsindəki mayorla razılığa gələrək cari ilin yanvar - iyun ayları ərzində planda nəzərdə tutulandan daha az hərbi texnikadan istifadə edilməsinə tapşırıq verib.

Qənaət edilən 24 ton dizel yanacağını satan polkovnik dövlətə 8 milyon 856 min dram (18 min 450 dollar) ziyan vurub.

Nəticədə polkovnik, mayor və daha dörd zabit saxlanılıb.

Cinayət işində onlarla əlbir olmada şübhəli bilinən daha iki nəfərin adı keçir, ancaq onlar yaşayış yerini tərk etməmək şərti ilə sərbəst buraxılıblar.

İstintaq davam edir.

Femida.az

Açar sözlər:

Oxunub: 607