Həbs olunan icra başçısı haqqında bilinməyənlər


22:33     12 May 2015 66662.jpg


Həbs olunan icra başçısı haqqında bilinməyənlər

Femida.az saytı həbs olunan vəzifəli şəxslərin kimliyini araşdırıb. Cabbarlı Murad Qorxmaz oğlu 1960-cı il may ayının 5-də Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 1977-ci ildə A.Qarayev adına Uşaq Kliniki Xəstəxanasında başlayıb.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini elmi kommunizm ixtisası üzrə bitirib. Fəlsəfə elmləri namizədidir. 1983-1991-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində baş laborant, müəllim, 1991-1992-ci illərdə Bakı Dövlət Universitetində baş müəllim vəzifəsində işləyib. 1992-1994-cü illərdə Moskva şəhərində "Soyuzvneştorq" istehsal-ticarət birliyinin baş direktorunun müavini, 1994-1996-ci illərdə "Neftemaşimpeks" SC-də kommersiya işləri üzrə direktor, 1996-1998-ci illərdə "Texnotsentr-5" MMC-nin direktor müavini vəzifələrində çalışıb. 1998-2000-ci illərdə Bakı şəhərində "Şəms-R" elm-istehsalat şirkətində baş direktorun müavini, 2000-2008-ci illərdə Bakı Dövlət Universitetində baş müəllim, həmçinin 2002-2006-cı illərdə əvəzçilik qaydasında "Savalan" ATSC idarə heyətinin sədri, 2006-2008-ci illərdə "ADA-Mülkiyyət" MMC-nin direktoru vəzifəsində işləyib. 2008-ci ildə "Şəki Aqro İndastris" MMC-nin maliyyə və idarə işləri üzrə direktor müavini, vəzifəsində çalışıb.

Murad Cabbarlını Şəkidə məşhurlaşdıran hadisə Şəkidə Kərpic zavodunda işlədiyi illər olub.2008-2010- cu illərdə zavodun direktoru vəzifəsində çalışıb.Bundan sonra 2010- cu ilin aprel ayının 21-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2011- ci ilin may ayının 23- dək həmin vəzifədə çalışıb. Hazırda o, Bakı Fındıq Emalı Zavodunun (“Bakfem”) direktoru vəzifəsini icra edir. M.Cabbarlı Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevə yaxın şəxslərdən hesab olunur. Həbsinin də səbəbi onunla bağlı hesab olunur.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1073