Şəhriyar Məmmədyarov Karlseni məğlub etdi - Çempion oldu


13:11     01 Avqust 2018 sehriyar%20memmedyarov10.jpg


Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov İsveçrənin Bil şəhərində keçirilən ənənəvi beynəlxalq superturnirin qalibi adını qazanıb.

Femida.az xəbər verir ki, 33 yaşlı qrossmeyster buna norveçli Dünya çempionu Maqnus Karlseni üzərində qələbə sayəsində nail olub. Xallarını 7-yə yüksəldən Məmmədyarov sona bir tur qalmış ən yaxın izləyicisini 2 xal geridə qoyub.

Turnir cədvəli belədir: Karlsen, Svidler (hərəyə 5 xal), Vaşye-Laqrav (4,5), Navara (4), Qeorqiadis (1,5) .

Yarışın son turu avqustun 1-də keçiriləcək.

Femida.az

Açar sözlər: #idman   #şahmat   #Şəhriyar_Məmmədyarov  

Oxunub: 749