Avtomobildən pul oğurlayan yeniyetmə saxlanılıb


18:21     08 Avqust 2018 trend_ppx_polis_main.jpg

Bakı sakinindən pul oğurlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb.



Femida.az xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb.

Belə ki, Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 1-də Bakı şəhər sakini R.Musayevə məxsus “Mercedes” markalı avtomobildən 2250 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini olan bir yeniyetmə saxlanılıb.


Femida.az

Açar sözlər:

Oxunub: 479