İrana gedən azərbaycanlıların sayı artıb


01:02     22 Avqust 2018 18_08_21_1534870991.jpg

2018-ci ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,0 faiz artaraq 2514,8 min nəfər olub.

Femida.az bildirir ki, ölkə vətəndaşlarının 33,4 faizi Gürcüstana, 24,0 faizi İrana, 22,9 faizi Rusiya Federasiyasına, 15,2 faizi Türkiyəyə, 1,4 faizi Ukraynaya, 1,0 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 2,1 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 67,9 faizi kişilər, 32,1 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 31,2 faiz, Gürcüstana gedənlərin sayı 0,9 faiz artıb, Türkiyəyə gedənlərin sayı 5,5 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 2,6 faiz azalıb.

Cari ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 79,9 faizi dəmir yolu və avtomobil, 19,2 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib

Açar sözlər:

Oxunub: 285