Abituriyentlərin nəzərinə: bu gün son gündür


13:25     30 Avqust 2018 imtahan%206%20mart0.jpg

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır.


Dövlət İmtahan Mərkəzindən Femida.az-a verilən məlumata görə, ixtisas seçimi bu gün saat 23:59-da yekunlaşacaq.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib www.eservices.dim.gov.az/erizetex/ixtisas2 internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidir. Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.

Qeyd olunan vaxta qədər elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

Femida.az

Açar sözlər:

Oxunub: 321