Şəhriyar Məmmədyarov ata oldu - FOTO


16:48     20 Sentyabr 2018 2018/09/42280414_2195147747430107_8436996368572088320_n_1537448128.jpg

Tanınmış Azərbaycan şahmatçısı, qrossmeyster Şəhriyar Məmmədyarov ata olub.

Femida.az xəbər verir ki, bu barədə məlumatı Şəhriyar Məmmədyarovun əmisi, tanınmış həkim Məmmədyar Məmmədyarlı verib.

O, idmançıya təbrik də ünvanlayıb: “Əzizim Şəhriyar, səni ata olmağın münasibətilə təbrik edirəm. Atasına layiq oğul olsun”.
Qeyd edək ki, bu onun ikinci evliliyindən olan ilk övladıdır.

Şəhriyar Məmmədyarov 2012-ci ildə Nərmin adlı xanımla ailə həyatı qursa da, cütlük daha sonra müəyyən səbəblərdən ayrılıb.

2017-ci ildə ikinci dəfə evlənib.



Femida.az

Açar sözlər: şahmat  

Oxunub: 2226