“20 Yanvar”da bomba həyəcanı – Metroya giriş tam bərpa olundu (YENİLƏNİB)


21:30     26 Sentyabr 2018 18_09_26_1537977215.jpg


Metronun “20 Yanvar” stansiyasının yaxınlığında bomba həyəcanı

21:30

Femida.az-ın yaxın ərazidə yaşayan sakinlərdən əldə etdiyi məlumata görə, hadisəyə səbəb keçidə bomba qoyulması iddiası olub. Onlar şübhəli şəxs və bağlama görüblər və bu barədə polisə məlumat veriblər. Hüququ-mühafizə orqanları dərhal əməliyyat keçirib və şübhəli şəxs qismində bir nəfər saxlanılıb. Sözügedən bağlama yoxlanılıb və bağlamada bomba və ya digər təhlükəli heç nə olmadığı üzə çıxıb.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından hələ ki, heç bir açıqlama verilməyib.

Qeyd edək ki, "20 Yanvar" metro stansiyasına bütün keçidlərdən giriş saat 20:00-dan etibarən tam bərpa olunub.

19:50

Femida.az xəbər verir ki, ərazidə olan sakinlər sözügedən yerə çoxlu polis, FHN əməkdaşları və Təcili Yardım maşınları yığılıb. Metroya girişlər bağlanıb.

Məsələni dəqiqləşdirmək üçün Bakı Metropoliteninin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Bəxtiyar Məmmədovla əlaqə saxladıq. Onun açıqlamasına görə, hazırda keçidin girişlərindən sadəcə biri bağlanıb:

“Ərazidə hansı hadisə baş verməsi barədə məndə məlumat yoxdur. Keçid Metropolitenin balansında olmadığı üçün hadisə ilə bağlı dəqiq nəsə deyə bilmərəm. “Azərsu” tərəfdən olan keçiddə problem yarandığı üçün bağlanıb. Lakin stansiyaya digər girişlərin hamısı açıqdır və hərəkət normal qaydada davam edir. Qatarların hərəkətində də heç bir problem yoxdur”.

Qeyd edək ki, "20 yanvar" metrostansiyasının ümumilikdə 5 girişi var.



Amin Nəzərli

Femida.az

Açar sözlər: #metro   #Bakı   #polis   #FHN  

Oxunub: 17883