“Dövlət büdcəsinə daha artıq ödəniş etmək potensialımız var” – DGK rəsmisi


11:37     29 Sentyabr 2018 2018/09/42824053_2220455051545739_769452281660702720_n_1538207576.jpg

Bu gün Azərbaycanda dövlət büdcəsinin 13 faizi Dövlət Gömrük Komitəsi tərəfindən doldurulur. Gürcüstanda isə bu rəqəm 60 faizdən çoxdur. İki qonşu ölkə arasında bu cür fərq olması maraq doğuran məqamdır.


Məsələ ilə bağlı DGK-nin Tariflərin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Fuad Quliyev Femida.az-a açıqlama verib:

“Bizdə bu rəqəmin 13 faiz olması əslində pis göstərici deyil. Əksinə Gürcüstanda 60 faizdən çox olması mənfi göstəricidir. Bu o deməkdir ki, ölkənin büdcəsi böyük ölçüdə bir qurumdan asılıdır. Biz ölkə rəhbərliyinin Strateji Yol Xəritəsinə əsasən işləyirik. Gələcəkdə plan öhdəliyinin miqdarı artırılarsa, Gömrük Komitəsi bu öhdəliyi yerinə yetirməyə qadirdir və potensialımız da var. Sadəcə olaraq, bu qərarı biz vermirik, ölkə rəhbərliyinin qoyduğu plana uyğun hərəkət edirik. Bu günə kimi də planı həmişə artıqlamasıyla doldurmuşuq. İqtisadiyyatı bir sahə üzrə qura bilmərik. Bizim üçün əsas şəffaflıqdır. Məqsədimiz odur ki, camaata əziyyət verməməklə, qanunvericilikdən kənara çıxmamaqla iş aparılsın və idxaldan asılılıq yaranmasın”.

Amin Nəzərli
Femida.az

Açar sözlər:

Oxunub: 1495