Aralıq dənizində növbəti miqrant faciəsi - 34 nəfər ölüb


15:47     02 Oktyabr 2018 miqrant6.jpg

Aralıq dənizinin qərbində qaçqınların olduğu qayığın batması nəticəsində 34 nəfər ölüb.


Femida.az “Haber7”yə istinadən xəbər verir ki, bunu BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü Joel Milman bildirib.

Onun sözlərinə görə, qayığın göyərtəsində 60 nəfər olub. Onlardan 34 ölüb, 26-sı isə xilas edilib. J.Milman bildirib ki, Mərakeş və İspaniyanın yerli rəsmiləri hadisə ilə bağlı məlumatlandırılıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 932