Rövnəq Abdullayev FIFA prezidenti ilə görüşüb


17:18     03 Oktyabr 2018 2018/10/57892-1538571160_1538573325.jpg

Bu gün İsveçrənin Sürix şəhərində FIFA və AFFA rəhbərliyi arasında görüş keçirilib.


Femida.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FIFA-nın prezidenti Canni İnfantino ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında keçirilmiş görüşdə Azərbaycan futbolu ilə bağlı məsələlər ətraflı müzakirə olunub.

Rövnəq Abdullayev bu il Rusiyada keçirilmiş dünya çempionatının yüksək səviyyə təşkil olunması ilə bağlı Canni İnfantinonu təbrik edib. FIFA və AFFA arasında mövcud olan yüksək səviyyəli əməkdaşlığın bundan sonra da davam etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.


Femida.az

Açar sözlər:

Oxunub: 1151