Nizami Piriyev həbs edildi - RƏSMİ


19:41     14 May 2015 600_b1.jpg

"PNN Group” şirkətinin təsisçisi ,tanınmış iş adamı Nizami Piriyev barəsində həbs qətimkan tədbiri seçilib


Bu barədə Nərimanov Rayon məhkəməsindən verilən məlumatda deyilir. Məlumata görə, N.Piriyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi başlanılıb. Bu cinayət işi çərçivəsində Nərimanov rayon Məhkəməsi tərəfindən "PNN Group” şirkətinin təsisçisi Nizami Piriyev barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, iş adamı banklardan külli miqdarda vəsait kredit götürməkdə və geri qaytarmamaqda ittiham olunur.

Açar sözlər:

Oxunub: 1566