Paytaxtın əsas yolunda hərəkət məhdudlaşdırılır


11:06     08 Oktyabr 2018 2018/10/yol_temir_1538982522.jpg

Bu gün və sabah saat 23:00-dan saat 06:00-a qədər (7 saat) Bakının Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində hərəkət məhdudlaşdırılacaq.


Femida.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, buna səbəb aparılacaq təmir işləridir.

“Vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə, öncədən üzr istəyirik və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini xahiş edirik”, - deyə məlumatda qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 467