Futbolçular qəzaya uğradı


20:09     14 May 2015 bakıı%20fcc.jpg

Əvəzedicilərin çempionatında XXXIV turunun bu gün keçirilməli olan "Simurq" - "Bakı" matçının baş tutmayacaq.


Femida.az futbolpress.az-a istinadən xəbər verir ki, Peşəkar Futbol Liqasının Texniki-İdman şöbəsinin rəisi Zamiq Hüseynovun sözlərinə görə, "Bakı"nın avtobusu qəzaya uğrayıb və bu səbəbdən matç təxirə salınıb:

"Mən məsələ ilə bağlı saat 12 radələrində "Bakı"nın icraçı direktoru Yaşar Seyidovla əlaqə saxladım. O, mənə dedi ki, onları Zaqatalaya daşıyan avtobus Şamaxı yolunda qəzaya uğrayıb. O bildirdi ki, görüşün təxirə salınması üçün bizə məktub ünvanlayacaq. Lakin Yaşar Seyidova bunun qeyri-mümkün olduğunu bildirdim. Artıq hakimlər də ora gedib. "Simurq" meydana çıxacaq, görəcək ki, rəqib yoxdu, hakim də bunu protokola qeyd edəcək. Sonrasını İntizam Komitəsi aydınlaşdıracaq".

"Simurq" - "Bakı" matçı saat 14:00-da başlamalı idi.

Açar sözlər:

Oxunub: 727