Mehdiabadda güclü külək - Köçkünlərin binasının damı uçub


17:50     25 Oktyabr 2018 2018/10/mehdi-1540473748_1540475407.jpg

Bu gün əsən güclü külək Abşeron rayonunun Mehdiabad qəsəbəsində məcburi köçkünlərin yaşadığı “Qarant şəhərciyindəki 7 mərtəbəli 4 binanın dam örtüyünü uçurub.


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, binalardan birinin dam örtüyü tamamilə, digərlərininki isə qismən dağılıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin göstərişi ilə Komitənin Tikinti-təmir və kommunal xidmətlər şöbəsinin, Mənzil İstismar Departamentinin, Tikilməkdə Olan Müəssisələr Müdiriyyətinin rəhbərləri və məsul əməkdaşları dərhal hadisə baş verən şəhərciyə gediblər.

Hazırda hadisə yerinə cəlb edilmiş təmir-tikinti briqadaalrının dam örtüklərinin qopmuş konstruksiyalarını şəhərciyin ərazisindən təmizlənməsi və binaların damındakı vəziyyətin araşdırılması ilə məşğuldur. Komitənin məsul əməkdaşları şəhərciyə və məcburi köçkünlərə dəymiş ziyanı müəyyənləşdirirlər.

Təbii fəlakətin fəsadlarının aradan qaldırılması, binaların dam örtüyünün bərpası işləri tam başa çatanadək Dövlət Komitəsinin nəzarətində saxlanılacaqdır. Hazırda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri də hadisə yerindədirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 731