Rövnəq Abdullayev UFF prezidenti ilə görüşdü
13:02 26 Oktyabr 2018
UEFA Avropa Liqasının qrup mərhələsində keçirilmiş "Qarabağ" - "Vorskla" oyununu izləmək üçün Ukrayna Futbol Federasiyasının prezidenti Andriy Pavelko Bakıda səfərdə olub.
Femida.az AFFA-nın saytına istinadən xəbər verir ki, Bakı Olimpiya stadionunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayevlə A.Pavelko arasında görüş keçirilib.
Söhbət zamanı AFFA ilə UFF arasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib, gələcəkdə də hər iki ölkənin futbol qurumlarının müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq etməsinin perspektivləri müzakirə olunub. Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun təbliğat kampaniyası çərçivəsində Azərbaycan və Ukraynanın futbol veteranları arasında gələn il yoldaşlıq oyununun təşkil olunması barədə fikir mübadiləsi aparılıb, ilkin razılığa gəlinib.
Andriy Pavelko Ukrayna Futbol Federasiyanın nümayəndə heyəti adından görüşün təşkili və səmərəli müzakirələrə görə minnətdarlığını bildirib.
Femida.az
Oxunub: 630
Oxşar xəbərlər
- Rövnəq Abdullayev FIFA prezidenti ilə görüşdü
- Rövnəq Abdullayev İJF-nin İcraiyyə Komitəsinə üzv seçildi
- Rövnəq Abdullayev Gürcüstanın Baş naziri ilə görüşdü
- Rövnəq Abdullayev yenidən AFFA-nın prezidenti seçildi
- Rövnəq Abdullayev Baxtadze ilə görüşüb
- Rövnəq Abdullayev FIFA prezidenti ilə görüşüb
- Rövnəq Abdullayev Poroşenko ilə görüşüb