MTN generalının vəkili hakimlərə etiraz edib


18:15     29 Oktyabr 2018 1398947325_mehkeme.jpg

Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizovun apellyasiya şikayəti üzrə məhkəmə davam edib.

Femida.az -ın məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən məhkəmədə general S.Qurbanovun vəkili Adil İsmayılov hakimlər heyətinə etiraz edib.

Vəkil bildirib ki, ayrı-ayrı adamların əmlakları S.Qurbanovun mülkiyyəti kimi təqdim olunaraq müsadirə edilib.

Təqsirləndirilənlərdən S.Qurbanov və Füzuli Əliyev vəsatətin təmin edilməsini istəyib. Digərləri isə məhkəmə mülahizəsinə buraxıb.

Etirazla bağlı qərar oktyabrın 30-da elan olunacaq.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri Füzuli Əliye 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Digər təqsirləndirilənlər Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayev 3 il, Elşad Əzizov 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.

Açar sözlər:

Oxunub: 517