Siyasi partiyalara 3 milyon manat ayrılacaq


18:08     01 Noyabr 2018 milli_meclis_2013093009.jpg


2019-cu ildə Azərbaycanın dövlət büdcəsində siyasi partiyalara ayrılacaq vəsaitin həcmi açıqlanıb.

Gələn ilin dövlət büdcəsində siyasi partiyalar üçün 3 milyon manat maliyyə yardımı nəzərdə tutulub.

Bu, 2018-ci ilin gözlənilən icrası ilə müqayisədə 2% çoxdur. Belə ki, bu il ayrılan 3 milyon manatın 2 milyon 940 min manatı istifadə edilib.

Qeyd edək ki, büdcə zərfi noyabrın 5-dən etibarən Milli Məclisin komitələrinin birgə iclaslarında müzakirəyə çıxarılacaq. (Report)

Femida.az

Açar sözlər:

Oxunub: 486