Yeddi evi soymuş oğru ələ keçdi


15:55     06 Noyabr 2018 2018/11/hebs-qadin_1541505400.jpg

Binəqədi rayonu ərazisində yeddi evdən oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən yaxalanıb.


Bu barədə Femida.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-dan noyabrın 4-dək olan müddətdə Binəqədi və Biləcəri qəsəbələri ərazilərində beş evdən kombi, qaynaq aparatı və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Camaləddin Cəfərov saxlanılıb.

Araşdırmalarla onun Binəqədi qəsəbəsi ərazisində daha iki evdən məişət əşyaları oğurlaması da polis əməkdaşları tərəfindən müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Femida.az


Açar sözlər: #oğru   #kriminal  

Oxunub: 460